Avropa Türkiyədən razılıq almaq istəyir
Avropa liderləri miqrantlarla bağlı krizisiaradan qaldırmaq üçün Ankara ilə razılıq əldə etməyə çalışır.
Sfera.az expert.ru-ya istinadən xəbər verir ki, Avropa Suriya qaçqınlqrının kütləvişəkildə Avropaya axınının qarşısının alınması məqsədilə Türkiyə ərazisində məskunlaşmışhəmin qaçqınların yaşayış vəziyyətinin yaxşilaçdırılmasını istəyir.
Danılmazdır ki, sabah, yəni sentyabrın 23-dəBrüsseldə açılacaq Avropa sammitində miqrantların problemi və Türkiyə iləmünasibətlər başlıca məsələ olacaq. Almaniya, Fransa və İtaliya Türkiyə dövlətindənTürkiyə ərazisində məskunlaşmış 2,2 milyon Suriya vətəndaşının vəziyyətininyaxşilaçdırılması barədə razılıq almaq istəyir.
Fransa prezidenti Fransua Olland İtaliyanınbaş naziri Matteo Rençi ilə görüşdən sonra deyib ki, Avropa Türkiyə ilə işləməlidirki, qaçqınlar Türkiyədə qalıb iş axtarsınlar və gözləsinlər ki, Suriyada vəziyyətyaxşılaşdıqda Vətənə dönsünlər.
Növbəti gün Ankaraya səfər edən AlmaniyaFederativ Respublikasının Xarici İşlər naziri Frank Valter Ştaynmayer və Türkiyəprezidenti Rəcəb Təyyub Ərdoğan və digər rəsmi şəxslərin görüşü zamanı daqaçqınlarla bağlı krizis müzakirə edilib. Xarici İşlər naziri bildirib ki, səfərdəəsas məqsəd Avropa sərhədlərində artan xaosun qarşısını almaq olub.
Qaçqınların vəziyyətinin yaxşılaşdırılması məqsədiləAvropa Türkiyəyə maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılmasını təklifedir. Avropa Komissiyaındsn bildirilir ki, bu yardım 1 milliyard avroyadək, yəniikiqat arta bilər.
Yusif Məmmədov
Sfera.az






