“Şahdağ”-da satılan colanın qiyməti hamını şoka saldı - FOTO
Qusar rayonu ərazində yerləşən “Şahdağ” İstirahət Mərkəzinin “Şahdağ Resort Spa Otel”ində
vətəndaşdan 5 manata təklif olunan xidmət üçün 28 manat hesab alıblar. Aktual.az-a müraciət
edən oxucu bildirir ki, o bunun səbəbini, xidmətin hansı səbəbdən belə baha olduğunu soruşduqda
ona “Ürəyin istəmir, bura gəlmə, get başqa yerdə dincəl” deyə kobud cavab veriblər. Ən dəhşətlisi
isə sonradan müzakirələrə qatılan inzibatçının dedikləri olub: “Pulun yoxdur, burada nə işin var.
Bura “şişkalar”ın yeridir ”.
Azərbaycanda turizm potensialının artırılması məqsədilə dövlət rəhbərliyi tərəfindən
təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərə, kütləvi idman, musiqi yarışmalarına
baxmayaraq, turizmlə məşğul olan bəzi sahibkarların istehlakçı hüquqlarını kobud
sürətdə pozması və onlara inamsızlıq aşılaması, müştəriləri aşağılaması heç bir
halda başadüşülən və təqdirolunan hal deyil. Nə yazıq ki, hələ də qanuna və qanunun
tələblərinə dırnaqarası yanaşanlar var.
Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
/file/articles//file/articles/ Aktual.az






