Logo

Bayram günlərində hava isti olacaq

Bayram günlərində hava isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bayram günləri mülayim isti hava olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR