Elgiz Əkbər ata oldu
Kateqoriya məlum deyil
Bu gecə, fevralın 1-i, saat 1-də tanınmış teleaparıcı Elgiz Əkbər ata olub.
Uşaq Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasının doğum şöbəsində
dünyaya gəlib. Dövlət xəstəxanasında anadan olan körpənin çəkisi 3 kq, boyu 50 sm-dir.
Həm ana, həm uşaq özlərini yaxşı hiss edir.
Sfera.az publika.az-a istinadən bildirir ki, açıqlama verən Elgiz Əkbər xəbəri təsdiqləyib
və şöbə müdiri Yaqut Musayevaya, həkimlər Sevinc Əhmədova, İradə Quluyeva
və tibb personalının əməkdaşlarına minnətdarlığını bildirib.
40 yaşında ata olan jurnalist qızının adını Lalə qoyub.






