Logo

Angela Merkel:"Problem yalnız Türkiyənin köməyi ilə həll edə bilər"

Angela Merkel:"Problem yalnız Türkiyənin köməyi ilə həll edə bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı qaçqın problemini yalnız Türkiyəni bu işə cəlb etməklə həll edə bilər".APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Bbundestaqda çıxışı zamanı deyib. O bildirib ki, Aİ öz xarici sərhədlərini yalnız Türkiyə ilə birlikdə qoruya bilər.Kansler qeyd edib ki, qaçqın problemi qlobal səviyyədə dərk edilməlidir: “Tərəflər bu təhlükələri milli, Avropa və qlobal səviyyədə nə qədər qəbul etsələr, onu həll etmək də o qədər asan olacaq. Avropa İttifaqı ölkələri qaçqın məsələsinin həllində birlik nümayiş etdiriblər. Bu, pozitiv siqnaldır. Bu birlik siqnalından problemin həllini daha da irəli aparmaq üçün istifadə etmək lazımdır”.A. Merkel miqrasiya probleminin Rusiya, Yaxın və Orta Şərq ölkələri, həmçinin ABŞ-ın köməyi ilə də həll etməyin vacibliyini vurğulayıb.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR