Bakı-İstanbul aviareysi təxirə salındı
Kateqoriya məlum deyil
Bakı-İstanbul aviareysi təxirə salınıb.
Sfera.az bildirir ki, bu barədə publika.az-a "Azərbaycan Hava Yolları"nın mətbuat
xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün 20:45-də yola düşməli olan aviareys təxirə salınıb.
Reysin təxirə salınmasına səbəb sərnişin sayının az olmasıdır. Həmin reys təxirə
salınsa da, sərnişinlərə digər reyslərdə uçuş təklif edilib.






