Logo

Məkkədə ölən azərbaycanlılar (FOTO, YENİLƏNİB)

Məkkədə ölən azərbaycanlılar (FOTO, YENİLƏNİB)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məkkədə daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib. 

ANS PRESS-in məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Kəklik Aslanova olub. Mərhumənin təzyiqi aşağı düşüb və həkimlərin səyi nəticə verməyib. 

Beləliklə, bu il Həcc zamanı 
dünyasını dəyişən azərbaycanlıların sayı iki nəfərə çatdı.

Məkkədə ölən azərbaycanlılar (FOTO, YENİLƏNİB)
Fəxrəddin Zeynalov - Həccdə dünyasını dəyişmiş zəvvar

Dünən Mina dağından geri qayıdarkən dünyasını dəyişmiş 60 yaşlı Fəxrəddin Zeynalov əslən Qubadlı rayonunun Dondarlı kəndindəndir. Ürək tutmasından qəfil dünyasını dəyişən Fəxrəddin Zeynalov Xırdalan şəhərində yaşayırdı. 61 yaşlı zəvvarımız su idarəsində çalışıb. Məcburi köçkün olan Fəxrəddin Zeynalov 3 oğul, bir qız atası idi. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.

Məkkədə ölən azərbaycanlılar (FOTO, YENİLƏNİB)
Yaralıların tibbi yardımın göstərilməsi

Dünən Mina dağında yaranan basabas nəticəsində 753 nəfər ölüb, 863 nəfər isə yaralanıb. Hadisə Səudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib. 

Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.

Məkkədə ölən azərbaycanlılar (FOTO, YENİLƏNİB)
Məkkədə Şeytana daş atma mərasimi

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
SFERA.AZ
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR