Logo

London Qarabağdakı işğalçılara silah satır - FOTO

London Qarabağdakı işğalçılara silah satır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyanın Ermənistana snayper tüfənglərini satmasına dair yeni faktlar ortaya çıxıb.

Oxu.az "AzeriDefence"ə istinadən xəbər verir ki, "Kontakt" sosial şəbəkəsində

ermənilərə məxsus hərbi səhifədə Ermənistan Müdafiə Nazirliyinin ordu snayperlərinin

Fransa istehsalı "PGM Mini-Hecate" və İngiltərənin adıçəkilən şirkətinin istehsalı olan

"Arctic Warfare .338 LM" snayper tüfəngləri ilə təlimlərinin fotosu yayılıb.

Ermənilərin paylaşımından bir daha məlum olur ki, snayper tüfəngləri Qarabağdakı hərbi

birləşmələrin istifadəsinə verilib.

Xatırladaq ki, ötən ilin aprel ayında Böyük Britaniyanın Azərbaycandakı səfirliyi İngiltərədə

yerləşən "Accuracy International" şirkətinin Ermənistana snayper tüfəngləri satması barədə

xəbərini təkzib edərək bu ölkəyə 2 ədəd silahın Fransa şirkəti tərəfindən sərgi məqsədi

ilə gətirildiyini bildirmişdi.

Lakin həmin vaxt "Accuracy International" şirkətinin nümayəndəsinin "AzeriDefence"yə

Ermənistana silahın Gürcüstanda yerləşən diler firma üzərindən satıldığını söylədiyini

qeyd etmişdik.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yaymışdır.

Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan

ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatlığını ifadə etmişdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR