Qırmızı işıqdan keçən polis işdən çıxarılıb - VİDEO
Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW"
markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı svetoforun qırmızı işığına məhəl qoymayaraq
hərəkətini davam etdirib.
Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, bu faktı videolentə alan vətəndaşlardan biri Bakı şəhər
Dövlət Yol Polisinə müraciət edib. Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, «Yol hərəkəti
haqqında» qanunun 48-ci maddəsinin 1-ci hissəsində və 74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki,
"Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan
işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra
üstünlükdən istifadə edə bilərlər".
Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, «mənə cavab məktubunda həmin YPX
avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin
hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini yazmayasınız. Çünki «Yol Patrul Xidməti Haqqında
Təlimat»ın 7.43 cü bəndində göstərilib ki, «Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti
qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını
məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir».
Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov
şəxsən özü cavab verib. Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362
dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında
xidmətdən xaric edilib.






