Logo

Azərbaycanlı iş adamı Rusiyada belə öldürüldü - VİDEO

Azərbaycanlı iş adamı Rusiyada belə öldürüldü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 26-da Volqoqrad şəhərində güllələnərək öldürülən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovun ölüm anları idarə etdiyi maşının kamerasına düşüb.

Sfera.az modern.az-a istinadla xəbər verir ki, görüntülərdə killerin maşına yaxınlaşdığı və səsboğucu tapança ilə Zülfüqar Əsədova atəş açdığı qeydə alınıb.

Atəş nəticəsində maşının qabaq şüşələrinin çatladığı görülür, biznesmen Zülfüqar Əsədovun isə çığırdığı eşidilir.

Volqoqrad istintaqçıları 32 yaşlı Əsədovla birlikdə mühafizəçisinin də maşında olduğunu və hazırda onun xəstəxanada müalicə aldığını deyiblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR