Logo

Bu ərazilərdə suyun verilişi dayandırılacaq

Bu ərazilərdə suyun verilişi dayandırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bununla əlaqədar olaraq bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq”.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bu haqda Sfera.az-a məlumat verib.

Qeyd edək ki, bulanıqlığını artması, təmizləyici qurğularda suyun emalının dayandırılması ilə əlaqədar olaraq bu gün əlaqədar Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR