Azərbaycanlı ilə erməni eyni səhnədə - VİDEO
Kateqoriya məlum deyil
Ukraynanın “İnter” televiziyasında yayımlanan “Рассмеши Комика” proqramında azərbaycanlı oğlan erməni həmkarı ilə birlikdə çıxış edib.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Şövqi Əhədov adlı həmyerlimiz Araik Manqasaryan adlı erməni ilə “Bozun 50 çaları Qafqazda” adlı səhnə göstəriblər.
Verilişin mahiyyəti isə ondan ibarətdir ki, iştirakçılar jüri üzvlərini 1 dəqiqə içərisində güldürməlidirlər.
Onlar bunu bacardıqlarına görə, verilişdə yenidən birlikdə çıxış etmək şansı əldə ediblər.






