70 il sonra ilk edam edilən qadın oldu - ABŞ-da

70 il sonra ilk edam edilən qadın oldu - ABŞ-da

ABŞ Ali Məhkəməsi Corciya ştatında 47 yaşlı qadının edam edilməsi barədə qərar qəbul edib.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kelly Reneeyə həyat yoldaşı Doug Gissendaneri öldürdüyü üçün 1997-ci ildə edam cəzası verilib.O, Jacksondakı əyalət həbsxanasında gecə saatlarında zəhərli iynəylə edam olunub.Gissendaner Corciya ştatında 70 il sonra edam edilən ilk qadın olub.Qeyd edək ki, Gissendanerin vəkilləri edam qərarının qaldırılması üçün məhkəməyə müraciət etmiş, ancaq məhkəmə qərarından daşınmamışdı.Corciya Əfv Komitəsi əfv istəyi də geri çevirmişdi.Papa Franciscusun ABŞ-dakı diplomatik nümayəndəsi, baş yepiskop Carlo Maria Vigano məktub göndərərək məhkəmə heyətindən Gissendanderın həyatının bağışlamasını istəmişdi.Gissendanerin üç uşağı da bu il içində anaların bağışlanması üçün məhkəməyə müraciət etmişdi.

Aysel


OXŞAR XƏBƏRLƏR