Logo

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yasamal rayonu, "Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR