Milyonçu dilənçilər - Qaraçıların görünməyən tərəfləri FOTOLAR

Milyonçu dilənçilər - Qaraçıların görünməyən tərəfləri  FOTOLAR

Qaraçılar dünyanın hər yerinə yayılıblar. Biz onları daha çox dilənən, küçələrdə ac-yalavac gəzən, yoxsul və zəlil kimi tanıyırıq. Lakin qaraçıların əslində necə yaşadığını bilmirik. SİA-nın məlumatına görə, bəzi ölkələrdə qaraçılaırn yaşadığı ayrıca məhəllələr var. Həmin məhəllələrdə qaraçıların xüsusi saraylarını görən hər kəs mat qalır. Dəbdəbəli otaqlar, zər-zibalı yataqlar, istifadə etdikləri bahalı daş-qaş və zinət əşyaları ilk görünüşdə insanı valeh edir. Bunları görəndə qaraçıların hansısa dövlətin şahı kimi də təsəvvür etmək olar.Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var. Qaraçılar ən qədimdən ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsilə təsadüfi hallarda evlənə bilər. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tutur. Onlar qazanclarını birbaşa olaraq dilənməkdən götürürlər.Qeyd edək ki, qaraçılar köçəri Hind-Avropa mənşəli xalqlardan biridir. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir.

Aysel


OXŞAR XƏBƏRLƏR