Sumqayıt avtobuslarında yenilik
Kateqoriya məlum deyil
Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi şəhərdə fəaliyyət göstərən şəhərdaxili marşrutlarda "QR Code" quraşdıracaq.“
İctnews.az məlumatına əsasən, "QR Code" çipləri vasitəsilə istənilən sərnişin sürücü tərəfindən yol verilən qayda pozuntusu ilə bağlı şikayətini Sumqayıt Regional Şöbəsinin məlumat mərkəzinə avtomatik şəkildə ötürəcək.Lakin bunun üçün sərnişinlərin "Android" əməliyyat sistemini dəstəkləyən qurğusu və xüsusi yüklənmiş proqramı olmalıdır. Məlumat mərkəzində daxil olan informasiya dərhal təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək.Yaxın günlərdə yeni sistem istifadəyə veriləcək.
Aysel






