Logo

AXCP sonuncu qurultayı ilə bağll sənədləri Ədliyyə Nazirliyinə təqdim edib

AXCP sonuncu qurultayı ilə bağll sənədləri Ədliyyə Nazirliyinə təqdim edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.Bu barədə "Report"a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. O bildirib ki, qurultayla bağlı sənədlər Azərbaycan qanunvericiliyinə və partiya Nizamnaməsinə uyğun hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. AXCP-nin sentyabrın 27-də keçirilən qurultayında Əli Kərimli açıq səsvermə ilə yenidən sədr seçilib. Sədrliyə alternativ namizəd - partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə səsvermənin gizli keçirilmədiyini əsas gətirərək namizədliyini geri götürüb.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR