Logo

"Prezidentə xəyanət edənlər cəzasını almalıdır" - Sabiq nazirdən AÇIQLAMA

"Prezidentə xəyanət edənlər cəzasını almalıdır" - Sabiq nazirdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Prezidentin verdiyi tapşırıqlar lazımı səviyyədə yerinə yetirilmədiyi üçün ölkə başçısı bir sürü naziri birdən işdən çıxarıb".

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (1996-2006), Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini Əli Nağıyev bildirib.

Prezidentin nazir vəzifəsindən azad etdiyi Səlim Müslümovun fəaliyyətini də qiymətləndirən Əli Nağıyev vaxtilə sözügedən Nazirlikdə çalışdığını söyləyib:

"Həmin Nazirlikdə mən də işləmişəm. Mən də əmək və əhalinin sosial müdafiəsi naziri olmuşam. İndi görün məndən sonra bu Nazirlikdə nələr baş verib. Hesab edirəm ki, prezidentə xəyanət edənlər cəzasını almalıdır. Çünki prezidentə xəyanət edən Azərbaycan dövlətinə və millətinə xəyanət edir. Axı prezident hər məmuru ayrıca izləyib baxmır ki, görüm bu nə işlə məşğuldur. Hər şeyi zaman göstərir. Kim yaxşı işləyə bilmirsə, prezident də onu vəzifədən çıxardıb atır. Ölkə prezidenti Səlim Müslümovun işdən çıxarılması barəsində qərar qəbul edibsə, deməli o da özünü doğrultmayıb".

Sabiq nazir Səlim Müslümovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan 2 milyarda yaxın pulun mənimsənilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib:

"Bu çox böyük vəsaitdir. Hər şeyi dəqiq araşdırıb, günahkarlar cəzalandırılmalıdır. Hesab edirəm ki, külli miqdarda pul mənimsənilməsi və digər nöqsanlarla bağlı prezidentə vaxtında lazımı məlumatları verəcək qurumların fəaliyyətində də ciddi saxtakarlıq var. Prezidentə dəqiq məlumat verəcək bir neçə orqan var. Onlar da işini düzgün görməyib. Yəni, bu gəlib indiki vəziyyətə çatmamalı idi. Heç olmasa indi dəqiq yoxlamalar aparılmalı və günahkarlar cəzalandırılmalıdır".

Əli Nağıyev yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yaxşı kadr kimi tanındığını bildirib:

"Açığı, mən bu naziri şəxsən tanımıram. Hər halda İqtisadiyyat Nazirliyində çox yaxşı kadrlar var. İndiki nazir və orada çalışan Samir Vəliyev çox yüksək ixtisaslı kadrlardır".

Orxan Bəşirov

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR