İtkin düşən alpinist Babur Hüseynovun nəşi Astaraya gətirildi

İtkin düşən alpinist Babur Hüseynovun nəşi Astaraya gətirildi
İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.
 
Sfera.az APA-ya istinadən bildirir ki, mərhum Astaranın Giləkəran qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR

"Ermənistan Azərbaycanla özəl şirkət yaradacaq" - Paşinyan

"Ermənistan Azərbaycanla sülh müqaviləsi çərçivəsində nəqliyyat kommunikasiyalarının və müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl i...

Ata-anasını söydü, 5 sutkalıq həbs edildi

Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüd...

Ailələrin istehlak xərci 2500 manata çatıb - Hesablama

Azərbaycan əhalisinin 2025-ci ilin birinci yarısında istehlak məqsədilə xərclədiyi vəsaitlərin məbləğində artım davam edib. Artımdan sonra orta statistik b...

Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşdü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə gör...

"İrəvanla Bakı sülh sazişini paraflaya bilər"

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakının sülh sazişini imzalamazdan əvvəl paraflaya biləcəyini bildirib.    Sfera.az xəbər verir ...

Ailəsinin 3 üzvünün ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirləndirilən Vilayət Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prose...