Logo

Ərdoğan əleyhdarı 550 minlik səhifəni azərbaycanlı gənc bağlatdırdı – FOTOFAKT

Ərdoğan əleyhdarı 550 minlik səhifəni azərbaycanlı gənc bağlatdırdı – FOTOFAKT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

GAMOH lideri Mahmudəli Çöhrəqanlının 550 minlik Facebook səhifəsi bağladılıb.

Çöhrəqanlının övladlarının idarə etdiyi və “Güney Azərbaycan Milli Oyanış Hərəkatı” adlanan səhifə bir neçə il idi ki, İran və Güney Azərbaycandan deyil, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə təhqiramiz paylaşımları ilə tanınırdı. Hər gün davamlı olaraq, Ərdoğanı təhqir edən GAMOH səhifə türklərin də etirazına səbəb olmuşdu.

Ancaq səhifə türklərin deyil, azərbaycanlı gəncin şikayəti əsasında bağlanıb. Sfera.az Yenicag.az-a istinadən xəbər verir ki, şikayətçi gənc blogger Emil Məmmədovdur.

Xəbəri təsdiqləyən Emil Məmmədov addımını belə əsaslandırıb: “Mən sivil mübarizənin tərəfdarıyam.  Ərdoğanı da, digərlərini də mən də tənqid edirəm, ancaq tənqid təhdid və təhqirə çevrilməməlidir. Güney Azərbaycan adından manipulyasiya edilərək, bu şəkildə təhqirlərə yol verilməsini doğru hesab etmədim və şikayət etdim”.

Qeyd edək ki, Mahmudəli Çöhrəqanlının Azərbaycana və Türkiyəyə girişi qadağan olunub.Ərdoğan əleyhdarı 550 minlik səhifəni azərbaycanlı gənc bağlatdırdı – FOTOFAKTƏrdoğan əleyhdarı 550 minlik səhifəni azərbaycanlı gənc bağlatdırdı – FOTOFAKT

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR