Logo

700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”

700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”.

Bu sözləri AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.


700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”

Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: "Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam”.

700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”

Qeyd edək ki, Zeynəb Quluzadə 11 il ərzində əla qiymətlərlə oxuduğu üçün Təhsil Nazirliyinin qızıl medalına namizəddir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR