Əfv Komissiyası 1000-dək müraciətə baxdı
Kateqoriya məlum deyil
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Sfera.az bildirir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.(APA)






