Azərbaycanda daha bir həkimin fırıldağı üzə çıxdı - FOTOFAKT
Kateqoriya məlum deyil
Azərbaycanda daha bir həkimin saxtakarlığının üstü açılıb.
Sfera.az xəbər verir ki, həkim-kosmetoloq Elnarə Rzayeva "Instaqram" səhifəsində saxta profildən yazmaq istədiyi şərhi səhvən öz şəxsi hesabından paylaşaraq gülüş hədəfinə çevrilib.
Belə ki, o, öz statusunun altına "Elnarə xanım olmasaydı, anam çoxdan dünyasını dəyişmişdi", şərhini yazıb. İstifadəçilər həkimin səhvən, saxta profil əvəzinə öz profili vasitəsilə bu cür şərh yazmasını birmənalı qarşılamayıblar.
Sfera.az






