"Niva" dərəyə yuvarlandı: 1 ölü
Kateqoriya məlum deyil
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.APA xəbər verir ki, hadisə oktyabrın 4-də yolun 132-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.Rayonun Quşçu kənd sakini, 1953-cü il təvəllüdlü Əlfalı Cəbiyevin idarə etdiyi 10-LE-420 dövlət nömrə nişanlı, “Niva” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.Ə. Cəbiyev hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






