Logo

"Bəzi dairələr dindarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir" - Şeyxülislam

"Bəzi dairələr dindarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir" - Şeyxülislam
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir".

Sfera.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.

Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: "Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR