AZAL borc içində batır, Əsgərovların biznesi çiçəklənir: 31 milyon dollarlıq otel...
Kateqoriya məlum deyil
"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.
Sfera.az azpolitika.info-ya istinadən xəbər verir ki, yerli mediada dərc olunan məlumatlara görə isə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib. İqtisadçı Qubad İbadoğlu özünü sonuncu "Facebook” statuslarından birində diqqəti bu təzada yönəldib:

"Gürcüstanın "NewsGeorgia” saytının yaydığı məlumata görə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya” mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya” şirkətinin 50,8% payı "AZAL” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z.Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovalara məxsusdur.