Flora Kərimova: “Nadir İlhamədən qorxduğu üçün...”- QALMAQAL
Nadir Qafarzadə ilə xalq artisti Flora Kərimova arasında düşən qalmaqal getdikcə dərinləşir.Flora Kərimovanın “sizə çörək verən insana salam vermədiniz” sözlərinə görə özündən çıxan Nadir verilişi tərk etdikdən sonra ürəyini sosial şəbəkədə boşaldıb. O, xalq artistini çörəyi onun başına qaxınc etdiyinə görə məzəmmət edib.
Publika.az-a açıqlama verən Flora Kərimova, əslində, bu qarşıdurmanın arxasında xalq artisti, küsülü həmkarı İlhamə Quliyevanın dayandığını deyib: “Nadir İlhamədən qorxduğu üçün verilişə gələrkən mənə salam vermədi. İlhamənin sifarişi ilə ona çörək verən sənətkarı tamaşaçı qarşısında saymadı. Amma Nadir unutmasın ki, vaxtilə ona görə telekanalların rəhbərlərinə yalvarmışam. Onu pişik balasını ağzında gəzdirən kimi gəzdirmişəm. Çünki onu danışığına fikir vermədiyi üçün efirə buraxmırdılar. Əvəzində də mənə belə hörmətsizlik etdi. İndi də məni məzəmmət edir ki, niyə çörəyi onun başına qaxmışam. Ona çörək verən adamın zəhmətini yerə vuranda bəs nə gözləyirdi? Gərək insan ona çörək verən adamın qədrini hər zaman bilsin. Nankorluq etməsin”.