Logo

DYP 100 min manat kompensasiya ödəməli olacaq? - Daha bir ekspertdən oğurluq nömrə qalmaqalına MÜNASİBƏT

DYP 100 min manat kompensasiya ödəməli olacaq? - Daha bir ekspertdən oğurluq nömrə qalmaqalına MÜNASİBƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi DYP "İslahat.az" saytının əməkdaşı Elşən Nəcəfova oğurluq nömrə satıb. 

Hazırda 90-EG-987 dövlət nişanlı avtomobil cərimə meydançasındadır.

Maraqlıdır, hansı halda nömrələr satıla bilər. Qanunvericiliyə görə öncəki sahib onun itdiyini bildirdikdə və bəlli bir müddət başa çatdıqdan sonra həmin avtomobil nömrəsi satışa çıxarıla bilər. Yəni, sahibi o nömrənin öncədən oğurluq olduğunu söylədiyi halda həmin nömrə satışa çıxarıla bilməz.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, tanınmış radio aparıcısı və bloqqer Tural Yusifov Sfera.az-a açıqlamasında bu hadisəni anlaşılmazlıq kimi dəyərləndirib:

"Belə qənaətə gəlmək olar ki, nömrə oğurluq olmayıb. Ola bilsin ki, bu nömrə bir zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin sistemində itmiş və oğurlanmış nömrə kimi qeydiyyatda olub, daha sonra əsas sistemdən silinməyib. Çox güman ki, bu baş verib, sistemdə problem yaranıb. Yəni, nömrə verən orqan tərəfindən bu silinmiş kimi qeydə alınsa da, əsas sistemdə oğurluq nömrə kimi qüvvədə qalıb”.

Şəxsin elektron müraciətlə də problemini həll edə biləcəyini vurğulayan ekspert yaranmış problemlə əlaqədar olaraq jurnalistin məhkəməyə müraciət etməsini tövsiyə edir:

"Jurnalist ərazi üzrə məhkəməyə müraciət edib dəymiş mənəvi və maddi ziyanı kompensasiya kimi tələb edə bilər. Yəni, gündəlik avtomobillə gedərək görəcəyi işlərə görə yaranan problemlər, yuvanmalar nəzərə alınmaqla ona ödəniləcək kompensasiya 5 min manat da ola bilər, 100 min manat da. Bu səbəbdən şəxsin məhkəməyə müraciət etməsi mütləqdir. Anlaşılmazlıq BŞDYP tərəfindən aradan qaldırılmalıdır”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR