Logo

Tahir Kərimli: "Bu problem DYP-dən qaynaqlanır, tamahkarlıqdan baş verib"

Tahir Kərimli: "Bu problem DYP-dən qaynaqlanır, tamahkarlıqdan baş verib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi DYP "İslahat.az" saytının əməkdaşı Elşən Nəcəfova oğurluq nömrə satıb. 

Hazırda 90-EG-987 dövlət nişanlı avtomobil cərimə meydançasındadır.

Qanunvericiliyə görə öncəki sahib onun itdiyini bildirdikdə və bəlli bir müddət başa çatdıqdan sonra həmin avtomobil nömrəsi satışa çıxarıla bilər. Yəni, sahibi o nömrənin öncədən oğurluq olduğunu söylədiyi halda həmin nömrə satışa çıxarıla bilməz.

Milli Məclisin Hüquq və Dövlət Siyasəti Komitəsinin üzvi Tahir Kərimli Sfera.az-a açıqlamasında baş verən bu hadisəni DYP-nin tamahkarlığı kimi qiymətləndirib:

"Oğurluq nömrə satan DYP tərəfindən jurnalistin avtomobilinin cərimə meydançasına  aparılması təəccüblü bir addımdır. Bəzən müəyyən qədər polis əməkdaşlarına qarşı ürəyimdə hörmət yaranır. Bəzən də bu cür hadisələrə görə təəssüf edirəm. DYP əməkdaşlarının kobudluqlarını, vətəndaşları necə incitmələrini görmüşük”.

T.Kərimli bu problemin qısa zamanda araşdırılmasının vacibliyini vurğulayıb:

"Aidiyyəti orqanlar bu məsələni araşdırmalıdır. Bu nömrə necə satışa çıxarılıb, onunla bağlı təhqiqat aparılmalıdır. Bu hadisə tamahkarlıqdan baş verib. Bu cür hadisənin baş verməsinə görə təqsirkar şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Millət vəkili bildirib ki, yaranan bu problem elə DYP-nin özündən qaynaqlanır:

"Bu hadisənin baş verməsi problemin DYP-dən qaynaqlandıını göstərir. Çünki kimsə kənardan gəlib vətəndaşa nömrə satmayıb. DYP  nöqsanı üzərindən götürmək üçün təşəbbüs göstərməlidir”.

Nömrə oğurluğu faktının cinayət məsuliyyəti yaratdığını deyən millət vəkili prokurorluq əməkdaşlarının da bu işə cəlb olunmasının vacibliyini vurğulayıb.

T.Kərimli DYP-dən baş verən hadisəyə görə jurnalistən üzr istəməyi tələb edib:

"Jurnalistlərə qarşı xüsusi ilə həssas olmaq lazımdır. DYP əməkdaşları jurnalistdən üzr istəməli və növbəti dəfə bu cür hadisələri təkrarlamamalıdır”.

Artıq bu mövzu ilə bağlı bir çox ekspertlər DYP-yə iradlarını bildirsələr də, qarşı tərəf nədənsə susur. Bu susqunluq isə problemin həllini daha da qəlizləşdirir.

Qarşı tərəfin mövqeyini işıqlandırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevlə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüflər olsun ki, zənglərimiz cavabsız qaldı.

Davamlı olaraq zənglərimizin cavabsız qalmasını nəzərə alaraq bir daha "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qaunvericiliyinə istinad edirik:

KİV haqqında qanunun IV fəslinin 29-cu maddəsi, İnformasiya almaq hüququnun 3-cü bəndinə əsasən - Kütləvi informasiya vasitəsinin nümayəndəsi onun istədiyi məlumatı verməkdən imtina edən dövlət orqanlarından və ya vəzifəli şəxslərdən yuxarı orqana və ya vəzifəli şəxsə, bundan sonra isə məhkəməyə şikayət edə bilər.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR