Logo

Baş redaktordan açıqlama: “Jurnalistlərin dostu cənab Prezidentdirsə, siz də jurnalistlərin dostu olun”

Baş redaktordan açıqlama: “Jurnalistlərin dostu cənab Prezidentdirsə, siz də jurnalistlərin dostu olun”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İslahat.az” xəbər portalının təsisçisi və baş redaktoru Rövşən Nəcəfov yaranmış problemin həlli istiqamətində fikir bildirib. 

Baş redaktor bildirir ki, bu gün Azərbaycan mediasında çalışan həmkarlarımızın bu kimi hallarla rastlaşması xoş deyil. Yaranmış problemin həllinin sadə olduğunu qeyd edərək deyib: "Bu gün Azərbaycan mediasında çalışan həmkarlarımızın bu kimi hallarla rastlaşması xoş deyil. Xoş olan odur ki, jurnalistlər ölkə başçısını özlərinə dost hesab edirlər. Jurnalistlərin dostu cənab Prezidentdirsə, siz də jurnalistlərin dostu olun. Xəbər portalımızın yazarı Elşən Gəncəvinin şəxsi avtomobili üçün aldığı "90-EG-987” dövlət nişanlı nömrə ətrafında yaranmış qalmaqalın səbəbi işini məsuliyyətsiz görən vəzifə adamlarıdır. Yaranmış problemin həlli ondan ibarətdir ki, Respublika DYP-si arayış verməlidir ki, satılan nömrədə heç bir problem yoxdur. Həmin arayış isə Nəsimi Rayon 21-ci Polis Bölməsinə təqdim edilməlidir. Problemin həlli sadədirsə, niyə problem problem olaraq qalsın”.

İslahat.az xəbər verir ki, jurnalistin 90-EG-987 dövlət nişanlı avtomobili cərimə meydançasındadır. Ona satılan nömrə ilə bağlı  müəamalı vəziyyət hələ də qalmaqdadır. Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər. Yaranmış problem ilə bağlı Elşən Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ictimaiyyətə müraciət edib.

Qeyd edək ki, əməkdaşımız Nəcəfov Elşən Hökumət oğlu "Elşən Gəncəvi" imzası ilə müəllif yazıları yazır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR