Seçki debatları başlayır
Kateqoriya məlum deyil
Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat və təbliğat kampaniyası zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlərin debatları zamanı moderatorluq edəcək aparıcı müəyyənləşib.
Sfera.az xəbər verir ki, televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, bulki seçki debatlarına İTV-nin ictimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu moderatorluq edəcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqat oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır.






