Logo

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib.

Sfera.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR