Yeni nazirdən daha bir TƏYİNAT
Kateqoriya məlum deyil
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Anar Əliyevə tapşırılıb.
Sfera.az "Report"a istinadən bildirir ki, bununla bağlı nazir Sahil Babayev qərar qəbul edib.
A.Əliyev Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.
Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.






