Rusiya Dövlət Dumasının deputatları Azərbaycandakı seçkilərdə müşahidəçi kimi iştirak edəcək
Cəmiyyət
00:02 / 06.10.2015
1363
Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Qazaxıstan Məclisinin (aşağı palatası) sədri Kabibulla Cakupovla görüşü zamanı bildirib.Görüşdə S.Narışkin müxtəlif seçki kampaniyalarındakı monitorinq missiyaları zamanı iki ölkə parlamentariləri ümumi qaydalara riayət etdiklərini və bununla bağlı Rusiya və Qazaxıstanın mövqeyinin eyni olduğunu deyib. Narışkin onların seçkilər keçirilən ATƏT məkanındakı hər hansı bir ölkə ilə bağlı eyni yanaşmada olduqlarını da qeyd edib.Dövlət Dumasının spikeri Rusiya deputatlarının Qırğızıstanda müşahidəçi qismində iştirak etdiklərini, həmçinin tezliklə onların Belarus və Azərbaycana da bu məıqsədlə səfər edəcəklərini bildirib. "Mən əminəm ki, seçkilərdə iştirak edəcək deputatlarımız prinsipiallıq nümayiş etdirərək, ümumi mövqedən çıxış edəcəklər", - Narışkin vurğulayıb.Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.