Miqrasiya problemi Azərbaycan qanunvericiliyində dəyişikliyə səbəb olub
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişikliklər edilib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər. Həmçinin digər dəyişikliyə görə, “lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək" sözləri "onunla gələn ailə üzvləri ilə birlikdə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq" sözləri ilə əvəz edilib.
Qeyd edək ki, sözügedən qanuna dəyişiklik edilməsinə səbəb son zamanlar dünyada miqrasiya məsələləri ilə bağlı siyasətin gərginləşməsi ilə bağlıdır.