Logo

İlham Əliyev Ucarda açılış etdi

İlham Əliyev Ucarda açılış etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfər edib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə prezidentə məlumat verib.

Bildirib ki, abidənin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

***

Prezident İlham Əliyev həmçinin Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra prezident “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.

Qeyd edildi ki, əsas istehsal prosesi beş sahədə - kəsim, şoklama, soyutma, bölünmə və qablaşdırma sahələrində aparılır.

Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Daha sonra dövlət başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verildi ki, 3 mərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadrat metr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

***

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Ümumi sahəsi 600 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

***

Prezidenti Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası xüsusi dizaynı ilə də diqqəti çəkir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR