Logo

Bu gün beş rayon qazsız qalacaq

Bu gün beş rayon qazsız qalacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219 mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar oktyabrın 7-də saat 10:00-dan işlər yekunlaşanadək, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR