Yeni tuneldən necə istifadə etmək olar?
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə yeni inşa edilmiş keçid – tuneldən necə istifadə etməklə bağlı video yayımlayıb.
Qurumdan Sfera.az-a daxil olan məlumata görə, tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri "Böyük Şor” yol qovşağına daxil olmadan və "Koroğlu” metrostansiyasının qarşısından keçmədən Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava Limanı, həmçinin Zabrat-Maştağa istiqamətinə hərəkət edə bilirlər. 4 ay ərzində inşa olunan müxtəlif səviyyəli yol qovşağına şağıdakılar daxildir: 496 m uzunluğunda 1 avtomobil tuneli 193 m uzunluğunda yanaşma yolları 702 m uzunluğunda yeni yol hissəsi 27 m uzunluğunda yeni körpü.
Sfera.az sözügedən videonu təqdim edir:






