Logo

Naxçıvanda Azərbaycan və İran iş adamlarının biznes forumu keçirilib

Naxçıvanda Azərbaycan və İran iş adamlarının biznes forumu keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçi direktoru Mohsen Ərəbağinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfərə gəlib.

Sfera.az  “Report”a istinadən xəbər verir ki, İranın Naxçıvandakı baş konsulu Mansour Airom deyib ki, əvvəlcə nümayəndə heyəti Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyev heykəli önündə əklil qoyublar, onun xatirəsini yad ediblər.Bundan sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbovla görüşüblər, əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.Naxçıvan Dövlət Gömrük Komitənin sədri Asəf Məmmədovla görüşdə isə gömrük sahədə əməkdaşlıq perspektivləri və malların gömrükdən keçməsinin sadələşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.Naxçıvan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən görüş çərçivəsində Naxçıvan və İran biznesmenləri arasında həmçinin biznes forum da keçirilib.İran nümayəndə heyəti bu gün Naxçıvanın sənaye obyektləri ilə tanış olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR