Putindən Amerikaya "ŞAH" və "MAT"
23:52 / 08.10.2015
1470
Rusiyanın Suriyada İŞİD mövqelərini bombalamasından bu yana bir həftədir Amerikanın nəzarətində olan bütün təbliğat vasitələri rus qırıcılarının İŞİD hədəflərini deyil, müxalif "Azad Suriya Ordusu"nun mövqelərini bombaladığını, İŞİD-in əsl hədəflərini isə ABŞ-ın bildiyini tirajlayırlar.
Sfera.az faktxəbər-in məlumatına istinadən bildirir ki, sözügedən iddialarla cavab olaraq bu gün Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb və təklif səsləndirib. Putin “Azad Suriya Ordusu”nun rəhbərliyi ilə əlaqə qurmağa hazır olduğunu açıqlayıb və Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə bununla bağlı beynəlxalq tərəfdaşları məlumatlandırıb.
Daha bir istək isə Putin tərəfindən müdafiə naziri Sergey Şoyqu ilə görüşdə səsləndirilib. Təklif bundan ibarətdir ki, əgər ABŞ Suriyadakı vəziyyəti daha yaxşı bildiyini deyirsə, onda bizə müəyyən etdikləri hədəfləri versinlər. "ABŞ bir ildən artıqdır Suriyaya qanunsuz müdaxilələr edir. Onlara dedim ki, vəziyyəti daha yaxşı bilirlərsə, bu müddət ərzində müəyyən etdikləri hədəfləri bizə versinlər. Biz isə onların üzərində işləyərik" - deyə Putin bildirib.