Logo

Rayon maşınlarına qadağa qoyanları məhkəməyə verir

Rayon maşınlarına qadağa qoyanları məhkəməyə verir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt sakini: “Bu qərarı kim, hansı qurum imzalayıbsa, məhkəməyə verəcəm”

Sumqayıt sakini, xırda biznes sahibi Afət Yaqubova ölkə regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətlərlə bağlı məhkəməyə üz tutmaq fikrindədir.

O, AzadlıqRadiosuna müsahibəsində bu məhdudiyyətin gətirdiyi narahatlıqlar və problemlərlə bağlı danışıb:

- Əvvəlcə onu deyim ki, 99 nömrəsi ilə başlayan avtomobillərin paytaxta girişi ilə bağlı hər hansı rəsmi xəbərdarlıq verilməmişdi. Ofisim Bakıda yerləşir. Sumqayıtdan çıxıb Xırdalana çatanda maşını saxladılar. Harada qeydiyyatdan keçdiyini yoxladılar, Sumqayıt qeydiyyatı olduğu üçün buraxmadılar. Məcbur olub geri qayıtdım. Bir neçə gündür ki, evdə oturmağa məcbur olmuşam.

(Rayon maşınları şəhərə buraxılmır - Tıxacdan video)

- Bildiyimizə görə, məhkəməyə müraciət etmək istəyirsiz…

- Bəli, belə bir niyyətim var, vəkillə danışmışam. Mən bu ölkənin bir vətəndaşı, vergiödəyicisi kimi hökumətin qərarı kimi təqdim olunan, amma heç yerdə dərc olunmayan və şifahi göstəriş kimi tapşırılıb icra olunan bu məhdudlaşdırmadan əziyyət çəkirəm. Həm işim axsayır, həm də şəxsi rahatlığım pozulur. Müxtəlif yerlərdə görüşlərim ola bilər, mən hər dəfə taksidənmi istifadə etməliyəm? İstər maddi zərər, istər vaxt itkisi, istərsə də fiziki əziyyət baxımından, bu göstəriş – heç bir qanuni əsası olmadığından əminliklə belə deyə bilərəm – mənə narahatlıq yaradır. Çox istərdim bu məhkəmə perspektivində tək olmayım, əziyyət çəkən hər kəs mənə qoşulsun. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Bizim işğal altında olan rayonlarımız var, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan… Bu rayonların maşınlarına verilən avtomobil qeydiyyat nişanları saxlanıb. İndi bu rayonlar üzrə qeydiyyatda olan avtomobillərin sürücüləri nə etməlidi? Bu rayonların qaçqınlıq yükü təkcə respublikanın regionlarının yox, həm də Bakının üstünə düşür. O zaman Bakı niyə yaxasını kənara çəkir? Məsələn, Şuşa şəhər İcra Hakimiyyəti Bakıda yerləşir, Şuşa qeydiyyatlı maşınlar indi paytaxta girə bilməzlər?

- Rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmaması ilə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

- Kimin imzalamasından asılı olmayaraq, ortada dərc olunmuş bir qərar yoxdur. Şifahi göstəriş xarakterli bir icraat var. Vətəndaş kimi mənim hüquqlarımı məhdudlaşdıran və dövlətin qanununu pozan bu göstərişdən şikayətlə bağlı da hazırda vəkillə məsləhətləşmələr aparırıq.

(Bakının girəcəyində rayon maşınlarına qadağa - Video)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR