Avropa Şurasının qalmaqallı qərarına - Azərbaycandan cavab

Avropa Şurasının qalmaqallı qərarına - Azərbaycandan cavab

Avropa Şurasının baş katibi Turbyorn Yaqland öz nümayəndəsinin insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən geri çağırılması barədə qərarını açıqlayıb.

 Sfera.az AzerTac-a istinadən xəbər verir ki,  bununla əlaqədar olaraq birgə işçi qrupu aşağıdakı bəyanatı qəbul edib:

“2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb.

Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstəriblər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olub. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilib.

2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmiş və Azərbaycan Prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq verib. 

Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirib. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə edib və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlayıb. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilib.

Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb.

Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib.

Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.

Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.

Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.

İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!”


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...

“Keşlə bazarı”nda söküntü işləri ertələndi - RƏSMİ

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədə...

“Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır” - VİDEO

“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet...

Azərbaycanın üzvlüyü D-8 təşkilatına nə qazandıracaq? - AÇIQLAMA

Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respubl...

Azərbaycan noutbuk istehsalını 3 dəfə ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsal həcmi 2024-cü ilin ilk 11 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. &...