Bakıda ər-arvad həbs edildi
Kateqoriya məlum deyil
Bakıda oğurluqla məşğul olan qrupun digər üzvləri tutulub.
Sfera.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səkinə Şabanovanın, Dilşad Abdullayevanın, Pərvanə Əliyevanın və Gülsüm Əliyevanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Gürcüstan vətəndaşı Ramil Bayramov və arvadı Larisa Acalova yaxalanaraq istintaqa təhvil verilib.Araşdırmalar davam etdirilir.






