Logo

“General Əlixanov işdən çıxarılmayıb məzuniyyətdədir” – Rəsmi

“General Əlixanov işdən çıxarılmayıb məzuniyyətdədir” – Rəsmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatla bağlı Bizimyol.info Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında xəbərin yalan olduğunu bildirib.

"Mən hazırda məzuniyyətdəyəm. İşdən çıxmamışam. Bununla bağlı da heç bir sayta da açıqlama verməmişəm.”

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da Bizim Yol-a açıqlamasında məlumatın yalan olduğunu generalın hazırda məzuniyyətdə olduğunu bildirib.

"Bununla bağlı əmr verilməyib. Hüseyn Əlixanov məzuniyyətdədir”.

Qeyd edək ki, bu gün Unikal.org saytında Hüseyn Əlixanovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR