Logo

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfrans keçirilir

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfrans keçirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu "Qara dəniz və Xəzər dənizi  regionu Ölkələri Hüquqşünasları Assosasiyası"nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda konfrans işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Hüquq və İnsan Haqları İnistitutunun direktoru Aytən Mustafazadə Heydər Əliyevin gördüyü işlərdən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib:

"Bu gün Azərbaycan öz inkişaf dövrünü yaşayır ki, bu da cənab prezident İlham Əliyevin Heydər Əliyev xətti ilə getməsi və uğurlu daxili - xarici siysətinin nəticəsidir. Bu gün Heydər Əliyev irsinin öyrənilməsi müasir hüquq sistemi üçün də vacibdir".

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova Heydər Əliyev irsindən danışıb:

"Müasir dövrdə insan və vətəndaş hüquqları, onların bərabərliyi, fərdin muxtariyyəti ilə Azərbaycan digər qonşu ölkələrə də nümunədir. Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. Bu gün biz hər bir vətəndaşın yüksək həyat tərzi üçün Milli Məclisdə qanunlar hazırlayırıq".

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR