Logo

Birinci sinif şagirdini döyən müəllim İŞDƏN QOVULDU - VİDEO

Birinci sinif şagirdini döyən müəllim İŞDƏN QOVULDU - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda sinif rəhbəri birinci sinif şagirdini döyərək xəsarət yetirib. Uşağın valideyni isə iddia edir ki, müəllimə onu qəsdən vurub. Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində araşdırma aparılıb və həmin müəllimə işdən çıxarılıb.

Müəllimə birinci sinif şagirdini xətkeşlə vuraraq ona xəsarət yetirib.

Hadisə Bakıda yerləşən 189-190 saylı tam orta məktəbdə baş verib.Şagirdin valideyni Xanım Əliyeva xəsarət alan uşağın videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Şagirdin valideyni iddia edib ki, qızı birinci sinif şagirdi Nuray Quliyeva partanın üzərinə qələminin pastasını tökdüyü üçün sinif rəhbəri Səyyarə müəllimə tərəfindən döyülüb.O, uşağın müəllimə tərəfindən qəsdən döyüldüyünü bildirib.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən isə xəzər xəbərə bildirildi ki,Məktəbdaxili intizam qaydalarına, habelə "Müəllimlərin Etik Davranış Qaydaları"nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqavilə bugün ləğv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR