Dəyanət Rzayevin oğlu atasına borclu olan şəxslərdən danışdı: "Bu sadəcə kiçik bir xəbərdarlıqdır"
Ötən il intihar edərək dünyasını dəyişdiyi iddia edilən tanınmış psixoloqun oğlu "Facebook” profilində atasına borclu olan, onun haqqını yeyən şəxslər haqda maraqlı bir status paylaşıb.
Sfera.az həmin yazını təqdim edir:
"Onun kölgəsində yaşamaq çoxu üçün güvəncə idi. Hər şeyə rəğmən gülüşünü, dik duruşunu, cəsurluğunu, yardımsevərliyini, insanlığını qəbul edə bilməyənlər vardı. Amma o heç nəyə baxmayaraq gülüşünü, dik duruşunu, cəsurluğunu və yardımsevərliyini əsirgəmirdi kimsədən. Çünki o Dəyanət Rzayev idi. Kədərini içində yaşayıb, sevgisini ətrafındakılarla paylaşan böyük insan... Bu dəyərə dəyirdilərmi? Əsla. Sanmayın ki, dəyərli oldugunuz üçün dəyər görürdünüz. O dəyərli olduğu üçün dəyər verirdi sadəcə. O adam ki yoxluğunun ardından hələ də ona minlərlə pul borclusunuz. Unutmayın, mən Dəyanət deyiləm. İndiki məqamınıza, bəziləriniz sayəsində sahib olduğunuz mənliyinizə görə hələ də ona borclusunuz. Amma bilirsiniz? O sizin alçaqlığınıza təslim olub qaçmadı. O sizin kimi çirkaba batmamaq üçün şərəfi ilə getdi. Bəlkə də sizi bu şərəfdən məhrum etmək üçün...
Təəssüf ki, şərəfli həyat hər kəsə nəsib olmur. Sizdə bundan məhrum doğulub, məhrum öləcəksiniz. Hesabını ödəməkdən boyun qaçırdığınız, kiçik gördüyünüz hər şeyin hesabını Allaha verəcəksiniz.
Dəyanət Rzayev yaradılmış olan hər kəsi, hər şeyi sevirdi. Sevgisi böyüklükdə bir insan idi o. Onun üçün yoxluğu belə həyatda var oluşunu bu qədər aydın göstərir. O kimsəsizləri,küçədə qalanları,sahibsiz heyvanları yeməklə təmin edirdi. Sizdə onlardan birisiniz. Əl tutmaq Əlidən qalıb,deyirlər. O da əl tutmağı sevirdi. Əlini ısıran köpəklərə belə...
Amma sayənizdə bir şeyə əmin oldum. "İt”deyib, təhqir etmək olmaz insanları. Çünki bir çoxunuzun it qədər sədaqəti yoxdur...
Bu sadəcə kiçik bir xəbərdarlıqdır. Əlinizi olmayan vicdanınıza qoyub, səhvlərinizi düzəltməyə çalışmanız üçün... Susuruqsa, ədəbimizdən susuruq, zorlaşdırmayın. Sizi məsuliyyətə cəlb etmək mənim üçün yox, sizin üçün pis olacaq çünki!”
Sfera.az






