Logo

Bakıdakı sürüşmə zonalarında SON VƏZİYYƏT

Bakıdakı sürüşmə zonalarında SON VƏZİYYƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gün sürüşmə zonalarında elə də aktivlik müşahidə edilməyib. Bakıdakı sürüşmə zonalarında gərginlik qalsa da, dinamikada artım müşahidə edilmir. Bayıl yamacında kəşfiyyat işləri davam etdirilir, buruq qazma işləri aparılır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Tədqiqat işlərinin fevraldan başladığını bildirən R.Həsənov bu prosesin iyulun sonunadək davam edəcəyini deyib:

"Aparılan tədqiqat işləri zamanı dərin quyular qazılır və yerin dərin qatlarında geoloji proses, süxurların tərkibi, hidrogeoloji şərait, yeraltı suların yatma dərinliyi öyrənilir. Çünki sürüşmə prosesinə təsir edən başlıca amillər bunlardır”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR