Logo

BŞDYP-dən avtomobil sahiblərinə XƏBƏRDARLIQ

BŞDYP-dən avtomobil sahiblərinə XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gündən etibarən hava şəraitinin isinməsi ilə əlaqədar olaraq noyabrın 15-nədək avtomobil şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Sfera.az-a açıqlamasında sürücülərə xəbərdarlıq edərək onları qanunun tələblərinə əməl etməyə səsləyib:

"Standartların tələblərinə uyğun olaraq idarə edilən avtomobilin arxa sağ-sol qapılarına sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilir. Buqələmun tipi güzgülü şüşələrin vurulması qadağandır. Qanunda yalnız jalüzlərin vurulmasına icazə verilir, "pulyonka”ların vurulması isə qadağandır. Yol hərəkəti haqqında qanuna əlavədə də bu göstərilir. Görünüşü məhdudlaşdıran, şüşələri zədələyən pulyonkaların və digər qurğuların quraşdırılması inzibati xəta yaradır. Buna görə cərimə 150 manatdır”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR