Azərbaycanda gənc xanım məmur vəfat etdi
Kateqoriya məlum deyil
Ədliyyə Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi Samirə Kazımova vəfat edib.
Sfera.az "Report"a istinadən bildirir ki, o, 38 yaşında dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, S.Kazımova xərcəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Samirə Səməd qızı Kazımova ailəli olub. Onun bir oğlu, iki qızı var.






